18 Fevral 2017
Mətni dəyiş
İtalyan və amerikalı planetoloqlar Seresa kiçik planetində həyat üçün vacib olan alifatik orqanik birləşmələr aşkar ediblər.
Araşdırma Science jurnalında çap edilib.
Kerit və Asfaltitlərin xarakterik işarələri cırtdan planetin orbitində olan DAWN aparatı vasitəsilə planetin səthinin spektral araşdırılması zamanı aşkar olunub. "Həyat işarələrinin" çoxu Ernutet krateri rayonunda cəmlənib.
Müəlliflər, alifatik birləşmələrin sonradan gəlmə deyil planetin yaranmasından bəri səthində olduğuna diqqət çəkirlər.
Qeyd edək ki, Dawn stansiyası 27 feval 2007-ci il tarixində ABŞ-ın Kanaveral kosmodromundan Delta 2 daşıyıcı-roketi vasitəsilə kosmosa göndərilib, 2015-ci il martın 6-da isə Seresanın orbitinə çataraq işə başlayıb.
Vesta asteroidinin və Seresa cırtdan planetinin öyrənilməsi layihəsinin dəyəri 500 mln dollar təşkil edir.