Bu il Gədəbəyin iki kəndinə qaz veriləcək

Bu il Gədəbəyin iki kəndinə qaz veriləcək
19 Fevral 2017
Mətni dəyiş
Bu il Gədəbəy rayonunun Qalakənd və Əlinağılar kəndləri təbii qazla təchiz ediləcək.
AzərTac xəbər verir ki, ötən il Dövlət Proqramına uyğun olaraq, rayonun Miskinli, Çanaqçı və Samanlıq kəndləri təbii qazla təchiz edilib. Qaz istehlakçılarının ödəniş faizi il ərzində 90,8 faiz təşkil edib.
Hazırda Gədəbəydə rayon mərkəzi də daxil olmaqla, 35 kənddə 10 min 639 abonent təbii qazla təmin olunub.
Rayonda qazlaşdırmanın səviyyəsi yaşayış məntəqələri üzrə 33 faiz, ev təsərrüfatlarında isə 54,2 faiz təşkil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun