Bu il Azərbaycan üçün neft hasilatı proqnozu açıqlanıb

Bu il Azərbaycan üçün neft hasilatı proqnozu açıqlanıb
9 Fevral 2017
Mətni dəyiş
Azərbaycanın 2017-ci il üçün neft hasilatı proqnozu 40 mln. ton həcmində müəyyən edilib. Bu barədə Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Report-un məlumatına görə, bunun 32,3 mln. tonu ABƏŞ və “Şahdəniz” konsorsiumlarının payına düşür. Bu il üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft hasilatı isə 7,7 mln. ton səviyyəsində proqnozlaşdırılır.
Xatırladaq ki, 2016-cı ildə ölkə üzrə neft hasilatı 41,035 mln. ton, o cümlədən, ABƏŞ üzrə (AÇG yataqlar bloku) 31,02 mln. ton, “Şahdəniz” üzrə 2,5 mln. ton, SOCAR üzrə isə 7,5 mln. ton olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun