Bizim tanımadığımız Lapshin

Bizim tanımadığımız Lapshin
10 Fevral 2017
Mətni dəyiş
Rusdilli bloq sahəsində məşhur olan, amma geniş oxucu kütləsinin 2016-cı ilin dekabrına qədər az tanıdığı puerrtto ləqəbi ilə yazan bloger Alexander Lapshin dekabrın 7-də xüsusi reyslə əli qandallı və Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlılarının müşaiyəti ilə Minskdən Bakıya gətirilib, bu, xüsusilə mühüm cinayətkarın xüsusi statusunu nəzərə çarpdırmalı idi.
Üç ölkənin vətəndaşı olan Lapşin onu Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönəlmiş yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham edən Azərbaycanın təqdimatı əsasında Belarus tərəfindən saxlanılıb.
Blogger 2011-ci ildə sərhədi qanunsuz keçdiyinə və Azərbaycanın işğal altında olan ərazilərinə - Qarabağa səfər etdiyinə görə Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısına salınmışdı. 2012-ci ilin oktyabrında o, Qarabağa səfəri təkrarlayıb. Lapşinə qarşı cinayət işi onun üçüncü dəfə 2016-cı ilin yayında Ukrayna pasportu ilə Azərbaycan sərhədini qanunsuz keçməsindən sonra açılıb. Amma cinayət işinin nə vaxt açıldığı barədə məlumat verilmir.
Yeri gəlmişkən, Azərbaycan XİN-in saytında “Xarici dövlətlərin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş vətəndaşlarının siyahısı” sənədində (diqqət edin, ölkəyə girişi qadağan edilmiş deyil, arzuolunmaz şəxs deyil), qeyd edilib ki, Lapshin təkcə 2011-ci ilin aprelində Qarabağa səfər edib və XİN-in qeyd etməli olduğu digər səfərlər barədə heç bir məlumat yoxdur. Həmin boşluğu siyahının digər iştirakçıları ilə bağlı da görmək olar.
Turan Analitik Xidməti yazır ki, Ermənistandan Qarabağa iki səfərdən sonra o, bizə məlum olmayan təəssüratlarını paylaşıb, belə ki, onun http://puerrtto.livejournal.com səhifəsindən bu rəsmlər götürülüb. Nə onun, nə də Azərbaycan hakimiyyətinin dəqiq tarixini göstərmədiyi üçüncü səfəri zamanı Lapşin belə bir şey yazmayıb, bu da AR CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələrinin tətbiq sahəsinə düşə bilər. Onun keçen ilki səfərindən Bakıdan ilk reportajı ötən il iyunun 15-i tarixlidir və iyunun 22-də beşinci nəşrlə yekunlaşır. Bu, o deməkdir ki, o, Azərbaycanda bir həftə olub və çox güman ki, burada olarkən məqalələrini dərc edib. Belə bir sual yarana bilər ki, o, reportajlarını sonradan da dərc edə bilərdi. Lapshin özü Tallin səfərində çox çalışsa da, heç də həmişə reportajları operativ yerləşdirməyə müvəffəq olmur. Amma June 16th, 2016, 09:33 am yerləşdirilən “Bakı: yuxarı şəhər və hörmətli insanların qəbirstanlığı” adlı ikinci məqaləsində birinci sətirdə belə yazılıb: “İki gün mən Bakını “klassik” mərkəzində gəzdim”... Birinci “Gecə vaxtı Bakı: ilk baxışdan aşiq olduğum şəhər” adlı məqalə June 15th, 2016, 10:06 am tarixində yerləşdirilib. İki nəşr arasındakı zaman kəsiyi də məhz iki gündür. Bu, o deməkdir ki, Lapshin Bakıya iyunun 14-də gəlib.
O, öz materiallarını Bakıdan dərc edirdisə, niyə burada heç kim buna reaksiya vermirdi? İkincisi, onun bloqunda Azərbaycana üçüncü turnesi haqqında ona qarşı AR CM-in 281-ci – dövlət əleyhinə yönələn açıq çağırışlar (281.1 - Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) - maddəsinin tətbiq edilməsinə imkan verəcək heç nə yazılmayıb. 2011-2012-ci illərdə Qarabağa səfərlərinin nəticələri ilə bağlı onun nə yazdığını biz bilmirik, belə ki, bloqdan bu “təəssüratlar” silinib, Azərbaycan hakimiyyəti isə bu nəşrləri ictimaiyyətə təqdim etməyib. Və əgər belə çağırışlar olubsa, niyə 2011-ci və ya 2012-ci ildə cinayət işi açılmayıb və vətəndaşı olduğu ölkələrdən onun təhvil verilməsi tələb olunmayıb (yeri gəlmişkən, XİN materiallarında o, Kanada vətəndaşı olaraq keçir, baxmayaraq ki, başqa mənbələrdə bu barədə heç nə deyilmir).
Lapshin Azərbaycana qanunsuz səfər etməkdə təqsirli bilinir (İlk iki halda icazəsiz, üçüncüdə isə tamamilə leqal, amma ölkəyə giriş qadağasına məhəl qoymadan). Amma bu halda blogger öz təhlükəsizliyini riskə ataraq, sərhədi keçib və ümumilikdə ölkəyə qarşı dostcasına münasibət göstərib, bu, onun nəşrlərində də əksini tapıb. İkincisi isə, Azərbaycanın dövlət təhlükəsizliyi sistemində nöqsanları üzə çıxarıb, buna görə ölkə rəhbərliyi ona mükafat verməli idi. Lapshinin leqal giriş-çıxışına görə hansısa məmurların cəzalandırılıb-cəzalandırılmadığı, onlara qarşı cinayət işi açılıb-açılmadığı məlum deyil. Həmçinin, onun başqa pasportla olsa belə, sərhəd nəzarətindən necə keçə bildiyi də aydın deyil, çünki biometrik pasportlarda (Lapshin 2016-cı ilin aprelində biometrik Ukrayna pasportu alıb) fotoşəkillərdə gözlər, barmaq izləri dəyişmir və kompüter onu mütləq müəyyən etməli idi. Bu barədə heç nə deyilmir. Bu halda hakimiyyət özünəxas tərzdə daxili problemlərini ictimaiyyətdən gizli həll edir. Həmçinin belə bir sual yaranır, səlahiyyətli orqanlar 2016-cı ilin iyununda Lapshinin Azərbaycanda olduğunu bilirdilərmi? Axı o, Bakı ilə yanaşı, Qubada “Krasnaya Svoboda”da da olub.
Sərhəd pozucularının fərqləndirilməsi
Lapshinin hadisəsi onun arzuolunmaz şəxslər siyahısındakı yoldaşlarından fərqlənir. Məşhur müğənnilər, siyasətçilər, jurnalistlər rəsmi Bakının icazəsi olmadan işğal olunmuş Qarabağa gedənlərin siyahısında yer alır, onların bəziləri isə hətta, yumşaq desək, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yol verən bəyanatlar da veriblər. Bu səfərlərin özlərinə də qadağaya qarşı demarş və Qarabağdakı separatçılara mənəvi-siyasi dəstək kimi baxmaq lazımdır. Amma, qəribədir ki, Azərbaycan hakimiyyəti belə şəxslərə qarşı cinayət işi açmayıb və İnterpol xətti ilə onların təhvil verilməsini tələb etməyib. Bu halda Lapshinin başına gələnlər qeyri-adidir.
Siyahının fiqurantlarından bəziləri hətta əvvəlcədən üzrxahlıq edərək, Bakıya qastrola belə gəlib (Soso Pavliashvili), bəziləri isə Qarabağa nümayişkaranə şəkildə dəfələrlə səfər edib. Məsələn, opera müğənnisi Lyubov Kazarnovskaya 2015-ci ilin iyulunda Azərbaycan hakimiyyəti tərəfindən Qarabağa qanunsuz səfərə görə arzuolunmaz şəxs elan edildikdən bir ay sonra işğal olunmuş ərazilərdə nümayişkaranə konsert verib. Kazarnovskaya kimi qərəzli pozuculara qarşı heç bir istintaq hərəkəti aparılmayıb.
Söhbət dövlət təhlükəsizliyinin və milli maraqların müdafiəsindən gedirsə, belə seçici münasibət niyə? Və Bakıda rəsmi şəxslərə qanunvericilikdən özbaşına hansısa ev nizamnaməsi kimi istifadə etmək hüququnu kim verib? Biz kiminsə öz qanunvericiliyinə məhəl qoymadığına görə cəza çəkdiyini eşitməmişik və görməyəcəyik də, çünki bu, hadisə deyil, haldır.
Geosiyasət
Lapshinin prosesinə 5 dövlət cəlb olunub: Azərbaycan özü, Ermənistan (Azərbaycanın sərhədinin qanunsuz keçilməsinə yol verən dövlət kimi), Belarus, habelə Lapshinin vətəndaşı olduğu Rusiya, İsrail və Ukrayna. Şübhəsiz, bu ölkələrin hər birinin Azərbaycanda öz maraqları var. Ermənistandan başqa, hamısının müsbət iqtisadi əlaqələri, habelə bir sıra geosiyasət məsələləri üzrə müttəfiqlik münasibətləri var. Amma bütün ölkələrin siyasi cəhətdən ağır ölkələr olduqlarını nəzərə alsaq, onların öz ölkələrinin beynəlxalq statusundan irəli gələrək, Lapshinin Azərbaycana təhvil verilməsi haqqında qərar vermək üçün səbəbləri olmadığını təxmin etmək çətin deyil. Lapshinin təhvil verilməsi məsələsi tərəflər arasında iki aya yaxın uzanıb. Bu, tərəflərin aşağıdakı kimi güzəşt əldə etdiyini göstərə bilər: Azərbaycan Lapshinin Bakıya gətirilməsi və açıq şəkildə peşmanlıq ifadə etməsi ilə satisfaksiya əldə edir, bütün digər dövlətlər isə yaxşı dövlətlərarası münasibətləri qoruyub saxlayır. Məsələ Lapshinə qarşı böyük mərhəmət və bu pərdənin bütün tərəflərinin simasının, indi artıq siyasi simasının qorunub saxlanması ilə yekunlaşır. Azərbaycan XİN Lapshinin məsələsini siyasiləşdirməməyə çağırmaqla, irəli sürülən ittiham maddələri və saxlanma və ekstradisiya proseduru ilə onu artıq siyasiləşdirib. Amma açıq olan materiallardan göründüyü kimi, ən əsası odur ki, Lapshin ifadə azadlığına görə həbs edilib, bu isə artıq müxtəlif beynəlxalq hüquq müdafiə və jurnalist təşkilatlarının və hətta bütün nəticələri ilə birlikdə beynəlxalq məhkəmə instansiyalarının işidir.
Dividendlər və itkilər
Azərbaycan hakimiyyəti Lapshin işindən hansı dividendlər əldə edə bilər:
- Azərbaycandakı rejimin güclü və dünyada hörmətəlayiq rejim kimi görünməsi.
- İşğal edilmiş ərazilərə icazəsiz səfərlərin qarşısının alınması.
- Prezident Əliyevin güclü dövlətlərin saydığı lider kimi imicinin möhkəmlənməsi.
İtkilər:
- Azərbaycan insanların ifadə azadlığına görə təqibinə görə tənqidə məruz qalır.
- Azərbaycan qanunlardan seçmə yolu ilə istifadə olunan qeyri-hüquqi ölkə kimi təqdim olunur.
- Azərbaycana qarşı etiraz dalğası başlayır.
- Demarş kimi məşhur şəxslərin Qarabağa qanunsuz səfərlərinin sayı artır.
- Azərbaycan əcnəbi vətəndaşların işğal edilmiş ərazilərə səfərlərinin qarşısını almaq iqtidarında olmayan ölkə kimi simasını itirir.
- Hakimiyyətin hərəkətlərindən narahat olan turistlərin Azərbaycana səfərlərinin sayı azalır.
- Lapshinlə həmrəylik əlamət olaraq Azərbaycan barəsində mənfi media qiymətləndirmələri güclənir.
- Bloq sahəsində və sosial şəbəkələrdə Lapşinlə həmrəylik kampaniyası başlayır.
Yekun
Bütün lehinə və əleyhinə olan halları müqayisə etsək, sağlam düşüncə nöqteyi-nəzərdən Lapşinin işinin onun Azərbaycana təhvil verilməsi prosedurundan daha operativ şəkildə həll olunmalı olduğunu proqnozlaşdırmaq olar. Zənnimcə, Ermənistan xaric olmaqla, bütün maraqlı tərəflər Lapşinin işi uzun sürəcəyi təqdirdə, heç kimin öz simasını qoruyub saxlaya bilməyəcəyini başa düşür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun