Banklarda dollar yenidən bahalanır

Banklarda dollar yenidən bahalanır
14 Fevral 2017
Mətni dəyiş
Bir sıra kommersiya banklarında dolların bahalaşdığı bildirilir.
"Marja" xəbər verir ki, fevralın 13-ü iş gününün sonuna yaxın 1 dolları 1.70 manata alıb, 1.76 manata satan "Kapital Bank" bu gün, fevralın 14-ü səhər 1 dolları 1.72 manata alıb, 1.7800 manat satır.
Xəbərdə qeyd edilir ki, "Nikoil Bank" dolların alış qiymətini 1.67 manatdan 1.68 manata, satışını isə 1.77 manatdan 1.78 manata qaldırıb.
Başqa yerli saytlar da xəbər verir ki, dollar almaq istəyən vətəndaşlar bəzi banklarda yenidən limitlə üzləşiblər.
Müstəqil iqtisadçılar bu prosesi son həftələr manatın dəyərinin süni şəkildə şişirdilməsi ilə izah edirlər.
Son iki həftədə bir dollar rəsmən 1 manat 92 qəpikdən 1 manat 73 qəpiyə qədər enib. Bu ara bəzi kommersiya bankları dolları hətta 1 manat 60 qəpikdən alırdılar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun