Bank VTB (Azərbaycan) filialların bağlanmasının səbəbini izah edib

Bank VTB (Azərbaycan) filialların bağlanmasının səbəbini izah edib
19 Fevral 2017
Mətni dəyiş
Bank VTB (Azərbaycan) 6 filialının bağlanmasının səbəbini izah edib.
Bankın şərhində deyilir ki, 2016-cı ilin sonunda Bank VTB (Azərbaycan)-ın səhmdarları olan VTB (ASC) və “AtaHolding” ASC tərəfindən bankın 2017-2019-cu illər üzrə yeni inkişaf strategiyası qəbul edilib.
Turan xəbər verir ki, korporativ bizneslə işin gücləndirilməsini nəzərdə tutan yeni üçillik inkişaf strategiyasına uyğun olaraq, bank VTB (Azərbaycan) filial şəbəkəsini konsolidasiya edir.
Müştəri xidmətləri bölmələrinin fəaliyyətinin optimallaşdırılması və gücləndirilməsi məqsədi ilə bir-birinə yaxın yerləşən filiallar birləşdirilib. Buna misal kimi,“Əhmədli” və “Həzi Aslanov” filiallarının “Neftçilər” filialına birləşdirilməsini göstərmək olar.
Bank VTB (Azərbaycan) əvvəllər bankın əhatə etmədiyi və paytaxt əhalisinin daha sıx cəmləşdiyi yerlərdə bank xidmətlərini bərabər paylaşdırmaq məqsədi ilə yeni filialların açılmasına qərar verib. 2016-cı ildə bankın eyniadlı metro stansiyaları yaxınlığında “Gənclik” və “Elmlər” adlı iki yeni filialı açılıb.
Bankda qeyd ediblər ki, filiallar şəbəkəsinin optimallaşdırılması bankın yeni korporativ strategiyasının tərkib hissəsidir və bank VTB (Azərbaycan)-ın müştəriləri qarşısında olan öhdəliklərinin icrasının keyfiyyətinə və xidmətlərin səviyyəsinə yalnız müsbət təsir göstərəcək. Hazırda baş ofis yanında Müştəri Xidmətləri İdarəsi, “Əcəmi”, “Sahil”, “Gəncə”, “Sumqayıt”, “Neftçilər”, “Elmlər” və “Gənclik” kimi filialları adi rejimdə çalışır və müştərilərə xidmət göstərməyə davam edir.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bankın 6 filialının bağlanması ilə bağlı müraciətini təsdiq edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun