"Bank VTB (Azərbaycan)"-ın 6 filialının lisenziyaları ləğv edilib

"Bank VTB (Azərbaycan)"-ın 6 filialının lisenziyaları ləğv edilib
16 Fevral 2017
Mətni dəyiş
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının dünən, fevralın 15-i verdiyi qərara əsasən, "PAŞA Bank" ASC-nin yeni şöbəsinin açılmasına icazə verilib.
"Bank VTB (Azərbaycan)" ASC-nin isə 6 filialının lisenziyaları ləğv edilib.
Azadlıq Radiosu xəbər verir ki, palatadan verilən məlumata görə, palatanın Direktorlar Şurasının iclasında "PAŞA Bank"ın Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, 20 ünvanında yerləşəcək "Fərdi bankçılıq" şöbəsinin açılmasından ötrü müraciətinə baxılıb və müsbət qərar qəbul edilib. İclasda həmçinin, "Bank VTB (Azərbaycan)" ASC-nin "İçərişəhər", "Həzi Aslanov", "Əhmədli", "Bakıxanov", "28 May" və "Xırdalan" filiallarının icazələrinin ləğv edilməsinə dair müraciəti də müzakirə edilib.
Filialların bağlanmasına əsas səbəb bankın xərclərini optimallaşdırması göstərilib. Direktorlar Şurası "Banklar haqqında" və palatanın nizamnaməsini rəhbər tutaraq sözügedən filiallar ləğv edib. Hazırda bankın filiallarının sayı 8 olacaq.
Ötən il Azərbaycanda 10 bank ləğv edilib. Buna səbəb kimi onların öhdəlikləri yerinə yetirə bilməmələri göstərilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun