"Baltika-Bakı" şirkətinin adı dəyişdirilərək "Carlsberg Azerbaijan" adlandırılıb

"Baltika-Bakı" şirkətinin adı dəyişdirilərək "Carlsberg Azerbaijan" adlandırılıb
15 Fevral 2017
Mətni dəyiş
Dünən “Baltika-Bakı’’ MMC-nin adının “Carlsberg Azerbaijan’’ MMC adı ilə dəyişdirilməsi barədə qərar qəbul edilib. Bu barədə şirkətin məlumatında deyilir.
"Bu addım Azərbaycanda yerləşən pivə istehsalı zavodunun bir hissəsi olduğu Carlsberg Group şirkətinin sonrakı inteqrasiyası və firma üslubunun qrupun digər şirkətləri ilə birləşdirilməsi üçün atılıb.
Şirkətin təşkilati-hüquqi forması və rekvizitləri şirkətin adı istisna olmaqla dəyişmir. Şirkət öz fəaliyyətini dayandırmır və sonradan öz öhdəliklərini yerinə yetirməyə davam edəcək. “Baltika-Bakı” MMC şirkətinin bütün hüquq və vəzifələri hüquqi varisə “Carlsberg Azerbaijan’’ MMC-yə keçəcək", deyə məlumatda qeyd edilir.
Zavod Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 kilometr aralıda yerləşir. Zavod 2008-ci ildən Carlsberg Group-a daxildir, və 2009-cu ilin may ayında zavod yenidənqurma işlərindən sonra açıldı.
Şirkət Xırdalan, Tuborg, “Baltika 7”, “Baltika 0”, “Baltika 9”, Xırdalan Draft, Kuler, Əfsanə, “Jiqulevskoye firmennoye” kimi məşhur brendlərin pivəsini istehsal edir.
Carlsberg Group – 1847-ci ildə təsis olunmuş dünyada ən iri pivəçəkmə şirkətlərindən biridir. Şirkətin pivə brendlərindən və digər içkilərdən ibarət geniş portfeli var. Şirkətin mənzil-qərargahı Danimarkanın paytaxtı, Kopenhagendə şəhərində yerləşir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun