Bağlanmış bankların əmanətçilərinə 700 mln. manatdan çox kompensasiya ödənilib

Bağlanmış bankların əmanətçilərinə 700 mln. manatdan çox kompensasiya ödənilib
24 Fevral 2017
Mətni dəyiş
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ötən il lisenziyası ləğv edilmiş 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Abzas.net xəbər verir ki, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 725,712 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 43,175 mln. manat, “Zaminbank” ASC - 54,362 mln. manat, “Kredobank” ASC - 27,771 mln. manat, “Dekabank” ASC - 3,086 mln. manat, “Atrabank” ASC - 14,28 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,974 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,161 mln. manat, “Gəncəbank” ASC - 976 min manat, “Texnikabank” ASC - 120,433 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 435,489 mln. manat kompensasiya alıblar.
Fond həmçinin bəyan edib ki, ləğv prosesində olan “Bank of Azerbaijan", "Gəncəbank" və "Texnikabank"ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət müvafiq olaraq yanvarın 27-də, fevralın 4-də və fevralın 12-də başa çatıb. Bu banklar üzrə kompensasiya öhdəliyinin yerinə yetirilməsi nisbəti müvafiq olaraq 97%, 94% və 98,2%-dir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun