Bağlanan bankların əmanətçilərinə ödənişlər davam edir

Bağlanan bankların əmanətçilərinə ödənişlər davam edir
7 Fevral 2017
Mətni dəyiş
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ötən il lisenziyası ləğv edilmiş 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fins.az-ın məlumatına görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 724,183 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 43,137 mln. manat, “Zaminbank” ASC - 53,389 mln. manat, “Kredobank” ASC - 27,77 mln. manat, “Dekabank” ASC - 3,086 mln. manat, “Atrabank” ASC - 14,271 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,974 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,161 mln. manat, “Gəncəbank” ASC - 976 min manat, “Texnikabank” ASC - 120,428 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 434,991 mln. manat kompensasiya alıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun