Bağlanan 10 bankın əmanətçilərinə 725,525 mln. manat kompensasiya ödənilib

Bağlanan 10 bankın əmanətçilərinə 725,525 mln. manat  kompensasiya ödənilib
21 Fevral 2017
Mətni dəyiş
Əmanətlərin Sığortalanması Fondu (ADİF) ötən il lisenziyası ləğv edilmiş 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.
Fonddan Abzas.net-ə verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 725,525 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 43,175 mln. manat, “Zaminbank” ASC - 54,356 mln. manat, “Kredobank” ASC - 27,771 mln. manat, “Dekabank” ASC - 3,086 mln. manat, “Atrabank” ASC - 14,28 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,974 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,161 mln. manat, “Gəncəbank” ASC - 976 min manat, “Texnikabank” ASC - 120,433 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 435,313 mln. manat kompensasiya alıblar.
Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək “Bank of Azerbaijan”ın əmanətçilərinə 24 mln. 161 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i) kompensasiya ödənilib.
Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 04 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək “Gəncəbank”ın qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i) kompensasiya ödənilib.
Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. 12 fevral 2017-ci il tarixədək “Texnikabank”ın qorunan əmanətçilərinə 120 mln. 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun