10 Fevral 2017
Mətni dəyiş
Akademik Milli Dram Teatrında məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin “Çippolino” əsəri əsasında eyniadlı tamaşa hazırlanır.
Teatrın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tamaşa Çingiz Ələsgərovun yeni səhnə redaksiyası əsasında ərsəyə gələcək.
Tamaşanın premyerası mart ayında olacaq.
Səhnə əsərinin rejissoru və musiqi tərtibatçısı Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistentləri Nərmin Həsənova və Firuzə Balayevadır.
Tamaşada aktrisa Xədicə Novruzlu (Çippolino), əməkdar artistlər Əlvida Cəfərov (Ata Soğan), Mirzə Ağabəyli (Usta Kudu), Məzahir Cəlilov (Üzüm əmi), Rüstəm Rüstəmov (Sinyor Pomidor), aktyorlar Cümşüd Zeynalov, Elnar Qarayev (Vəliəhd Limon), Rəşad Bəxtiyarov (Professor Armud), Dilarə Nəzərova (Qaragilə), əməkdar artistlər Mehriban Xanlarova, Sevinc Əliyeva (Albalılar), aktyorlar Ramin Şıxəliyev (Kaktus), Vüsal Mustafayev (Qraf Albalı), Vüsal Xaliqoğlu (Xəfiyyə Yerkökü), Ümman Budaqov (I Limon), İmran Qurbanov (II Limon) çıxış edəcəklər.
Qeyd edək ki, Canni Rodari “Çippolinonun macəraları” kitabı ilə dünya şöhrəti qazanıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilib.