21 Fevral 2017
Mətni dəyiş
Bu gün “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.
Azadlıq.info-nun məlumatına görə, R.Hacıbəyli ona qəzetin fəaliyyəti və maliyyə məsələləri ilə bağlı ümumi suallar verildiyini bildirib.
Xatırladaq ki, fevralın 18-i və 20-də “Azadlıq” qəzetinin 6 əməkdaşı, İlham Hüseyn, Aytən Məmmədova, Elşən Şirinov, Vidadi Məmmədov, Xalid Qarayev və Fizzə Heydərova Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.
Dindirilən əməkdaşlar bildiriblər ki, onlara qəzetin fəaliyyəti və maliyyə məsələləri ilə bağlı ümumi suallar verilib.
Qəzetin əməkdaşları bundan əvvəl də sözugedən cinayət işi ilə baglı dindiriliblər.