Azərbaycanın strateji valyuta ehtiyatları azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları azalıb
16 Fevral 2017
Mətni dəyiş
Azərbaycanın strateji valyuta ehtiyatlarının məbləği açıqlanıb. Fins.az xəbər verir ki, 2016-cı ilin sonuna strateji valyuta ehtiyatları 37,6 mlrd. ABŞ dolları təşkil edərb. Bu xarici dövlət borcunu 4,1 dəfə üstələmək deməkdir. 
Strateji valyuta ehtiyatlarının həcmi ötən ilin yekunu üzrə ÜDM-in həcminə bərabər olub. Qeyd edək ki, ölkənin strateji valyuta ehtiyatları Dövlət Neft Fondunun vəsaitləri və Mərkəzi Bankın valyuta ehtiyatlarının cəmi əsasında formalaşır. Ötən 2 il ərzində ölkənin strateji valyuta ehtiyatları kəskin azalmağa başlayıb. Bu azalmada neft gəlirlərinin azalması fonunda milli valyutanın qorunmasına  xərclənən vəsaitlər də az rol oynamır.
Azərbaycanın strateji valyuta ehtiyatlarının son bir neçə il ərzində olan statistikası:
İllər
Strateji valyuta ehtiyatları
2012
45,3 mlrd
2013
49,4 mlrd
2014
51,4 mlrd
2015
35,8 mlrd
2016
37,6 mlrd

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun