14 Fevral 2017
Mətni dəyiş
Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 514 min nəfər olub. Bu, 2016-cı ilin əvvəli ilə müqayisədə 18 min nəfər çoxdur.
Abzas.net xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir.
2017-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 514 min nəfər olub, onlardan 889,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 624,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 22,2 faizi təhsil, 19,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,9 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 10,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2016-cı ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 498,6 manat olub.