Azərbaycan şirkətləri qətərli iş adamlarına investisiya layihələrini təqdim ediblər

Azərbaycan şirkətləri qətərli iş adamlarına investisiya layihələrini təqdim ediblər
27 Fevral 2017
Mətni dəyiş
Azərbaycanın ixrac missiyası Qətərə səfər edib.
İqtisadiyyat Nazirliyindən APA-ya verilən məlumata görə, ixrac missiyasına ölkəmizdə meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, ət və ət məhsulları, qənnadı məmulatları, çay, süd və süd məhsulları, kosmetologiya, kimya məhsulları istehsalı sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri daxildir.
Səfərin ilk günü Azərbaycan şirkətlərinin Qətər İnvestisiya Təşkilatında görüşü təşkil olunub, şirkətlərimiz layihələrini investorlara təqdim ediblər.
İxrac missiyası həmçinin, "Carrefour" marketlər şəbəkəsində və yerli bazarlarda olub. Keçirilmiş görüşlərdə Azərbaycan məhsullarının market və bazarlarda satışı imkanları və distributorluq məsələləri müzakirə olunub.
Səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri AZPROMO və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə ikitərəfli görüşlər keçirəcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun