Azərbaycan şirkəti Ukraynada asfalt zavodu tikmək istəyir

Azərbaycan şirkəti Ukraynada asfalt zavodu tikmək istəyir
6 Fevral 2017
Mətni dəyiş
Azərbaycanın tikinti və yol sektorunda ixtisaslaşmış "Alov" şirkəti Ukraynaya sərmayə yatırmaq niyyətindədir. 
"Report" xəbər verir ki, Azərbaycan şirkət Ukraynanın Lvov vilayətində asfalt istehsalı üzrə zavodun inşa olunmasına maraq göstərir.
Vilayətin nümayəndəsi bildirib ki, bu yaxınlarda "Alov"un rəhbərliyi ilə görüş keçirilib və yaxın vaxtlarda Lvovda yeni asfalt istehsal edən zavodun tikilməsi ilə bağlı razılıq əldə edilib.
"Belə bir zavod yolların təmiri ilə məşğul olan "Onur" (Türkiyə) və "Avtomagistral-Yuq"a (Odessa) rəqabət təşkil edəcək",- deyə o, əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun