10 Fevral 2017
Mətni dəyiş
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov fevralın 9-da Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelauri ilə görüşüb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə ölkələrimiz arasında olan əsas əməkdaşlıq istiqamətləri və son illər əldə edilən yüksək nəticələr barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, gələcək planlar və əməkdaşlıq perspektivləri barədə də müzakirələr aparılıb, təhlükəsizlik sahəsində mövcud əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyi qeyd olunub.