Azərbaycan, Gürcüstan və Türkiyə ticarət dövriyyəsini gücləndirir

Azərbaycan, Gürcüstan və Türkiyə ticarət dövriyyəsini gücləndirir
18 Fevral 2017
Mətni dəyiş
Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli ticarət dövriyyəsini 20 mlrd. dollara çatdırmaq niyyətindədirlər.
Contact.az xəbər verir ki, bu barədə Türkiyənin iqtisadiyyat nazirinin müavini Fatih Metin V Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunun açılış mərasimində bildirib.
Bu tədbir bu gün İstanbulda Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının təşkilatçılığı ilə açılıb.
Nazir müavini üç ölkənin yaxın gələcəkdə bu məqsədə çata biləcəyindən əminlik ifadə ediblər.
Onun sözlərinə görə, üç ölkə sahibkarlarının görüşü təkcə iqtisadiyyatın və ticarətin inkişafına təkan verməyəcək, həm də onların mədəni və sosial sahələrdə yaxınlaşması nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir.
"Üçtərəfli biznes forumu maneələrin aradan qaldırılmasına və problemlərin həllinə şərait yaradır", deyə Metin qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun