Azərbaycan bankları müştərilərinin 6%-ni itirib

Azərbaycan bankları müştərilərinin 6%-ni itirib
12 Fevral 2017
Mətni dəyiş
2016-cı ildə Azərbaycanın bank sektorunun müştəri bazası 6,4% və yaxud 363 929 nəfər azalaraq bu il yanvarın 1-nə 5 352 456 nəfər olub.  Abzas.net xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Hesabat ilində bank müştərisi olan fiziki şəxslərin sayı 324 565 nəfər və yaxud 5,8% azalaraq 5 282 463 nəfər, hüquqi şəxslərin sayı 39 364 nəfər və yaxud 36% azalaraq 69 993 nəfər təşkil edib. Ötən il sahibkarlıqla məşğul olan fərdi müştərilərin sayında da azalma qeyd alınıb. Belə ki, bu kateqoriyadan olan bank müştərilərinin sayı 8 538 nəfər və yaxud 4,7% azalaraq 172 664 nəfərə düşüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun