5 Fevral 2017
Mətni dəyiş
Fevralın 6-da Brüsseldə, Avropa Parlamentinin binasında Azərbaycanda insan haqlarının vəziyyətinə dair dinləmə təşkil olunacaq.
Dinləmə Azərbaycan prezidenti İlham Əliyevin Brüsseldə səfərdə olduğu bir vaxtda diqqəti ölkənin insan haqları və demokratiya baxımından acınacaqlı vəziyyətinə yönəltməkdir. Təşkilatçıların tədbir barədə yaydığı elanda deyilir ki, bu dinləmə ölkə başçısı İ.Əliyevin Brüsseldəki görüşləri fonunda Azərbaycanda insan haqlarının pozulamsını, o cümlədən ictimai-siyasi fəalların və jurnalistlərin həbsini, vətəndaş cəmiyyətinin boğulmasını gündəmə gətirmək məqsədi daşıyır.
Dinləmədə məruzəçilər Emin Milli və Xədicə İsmayıl olacaq. Tədbirin təşkilatçıları AP-nin deputatları Kati Piri, Alexander Graf Lambsdorff, Ulrike Lunacek və Jaromír Stetina’dır.