Avropa Komissiyası TAP üçün 14 milyon ayıracaq

Avropa Komissiyası TAP üçün 14 milyon ayıracaq
22 Fevral 2017
Mətni dəyiş
Avropa Komissiyası Transadriatik qaz kəməri (TAP) layihəsi üçün 14,018 milyon avro ayıracaq. Bu barədə Trend Avropa Komissiyasına istinadən məlumat verir.
Məlumata görə, bu vəsait qaz kəmərinin keçdiyi ərazidə arxeoloji qazıntılar üçün sərf olunacaq.
Qeyd edək ki, daha əvvəl Avropa İttifaqının üzv ölkələri Avropanın energetika infrastruktur layihələrinə 444 milyon avro investisiya qoymaq barədə razılıq əldə etmişdi. TAP maliyyələşdirilmə üçün seçilən 18 priroitet layihədən biridir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun