ATƏT-in Yerevan ofisini Bakı bağlayır ?

ATƏT-in Yerevan ofisini Bakı bağlayır ?
10 Fevral 2017
Mətni dəyiş
ABŞ-ın ATƏT-dəki missiyası ATƏT-in Yerevan ofisi ətrafında yaranmış vəziyyətdən narahatlıq bildirib və bunun Azərbaycana pis təsir göstərəcəyini bəyan edib.
Məlumatı AzadlıqRadiosunun Ermənistan xidməti yayıb.
“ATƏT-in Yerevan ofisi ətrafında yaranmış vəziyyətdən narahatıq. Bu ofis, ATƏT-in digər hərbi missiya və qurumları kimi, ATƏT ölkələri öhtəliklərinin yerinə yetirilməsi istiqamətində aparılan təşkilatçılıq işinin vacib hissəsidir”, ABŞ-ın ATƏT-dəki missiyasının bəyanatında deyilir.
Məlumatda deyilir ki, Azərbaycan 2015-ci ildə ATƏT-in Bakı ofisini bağlayıb, indi isə təşkilatın Yerevan Ofisinin mandatının uzadılmasına qarşı çıxır, bildirir ki, ofisin minasızlaşdırma üzrə hümanitar proqramı missiyanın mandatına uyğun deyil.
“Yerevan ofisinin bağlanmasına məcbur eləmək, ATƏT qarşısında götürülən öhtəliklər planında Azərbaycana pis təsir göstərəcək.
Biz Azərbaycan hökumətini, Yerevan ofisinin bağlanmaması, mümkün qədər tez kompramis qərar əldə olunması üçün məsələyə konstruktiv yanaşmağa çağırırıq” missiyanın bəyanatında deyilir.
Qaydaya görə, ATƏT-in istənilən üzvü ofisin mandatının uzadılmasını əngəlləyə bilər, yəni yektil konsensus olmalıdır.
Xatırladaq ki, Azərbaycan xarici işlər nazirliyinin sözçüsü Hikmət Hacıyev bu ilin yanvarında Ermənistanı bu məsələ ətrafında spekulyasiya etməkdə günahlandırmışdı.
“Azərbaycan həqiqətən də ATƏT-in Yerevan ofisinin mandatının uzadılmasını dəstəkləməyib. Azərbaycan dəfələrlə ATƏT-ə xəbərdarlıq etsə də, ATƏT-in Yerevan ofisi öz mandatından kənara çıxır və hərbi-siyasi fəaliyyətlə məşğul olur. Söhbət ofisin Azərbaycanın işğal olunmuş ərazilərindəki tədbirlərdə iştirakından, xüsusilə də Dağlıq Qarabağda minaların təmizlənməsi layihələrindən gedir”.
Hikmət Hacıyev qeyd edib ki, bu cür fəaliyyət Azərbaycanın narazılığına səbəb olur, çünki Yerevan ofisinin münaqişə ilə bağlı məsələlərlə məşğul olmağa səlahiyyəti yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun