ATƏT-in baş katibi: "Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda əhəmiyyətli irəliləyiş yoxdur"

ATƏT-in baş katibi: "Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda əhəmiyyətli irəliləyiş yoxdur"
19 Fevral 2017
Mətni dəyiş
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş yoxdur".
Bu sözləri ATƏT-in baş katibi Lamberto Zannier deyib.
Trend-in məlumatına görə, Zannier bildirib ki, son bir neçə gündə baş verən insidentlərdən narahatdır:
"Münhendə ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, Fransa, ABŞ) Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşləri olub. Müzakirələr müsbət idi, lakin əhəmiyyətli irəliləyiş yoxdur”.
Zannierin sözlərinə görə, ATƏT tərəflərin razılığa gəldiyi bütün mexanizmləri işə salmağa hazırdır:
“Amma biz qərarların qəbul edilməsində tərəfləri əvəz edə bilmərik. Təəssüf ki, irəliləyiş azdır və mənim hər iki ölkə liderinin görüşü ilə bağlı vaxt demək imkanım yoxdur ki, sammit olsun. Bu, istənilən halda hələlik aktual deyil”.
ATƏT-in baş katibi onu da deyib ki, ağır silahların istifadəsi və mülki şəxslər arasında qurbanların olması vəziyyətin pisləşdiyini göstərir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun