Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xəttinin istismara veriləcəyi tarix açıqlanıb

Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xəttinin istismara veriləcəyi tarix açıqlanıb
12 Fevral 2017
Mətni dəyiş
"İran sahəsinin tikintisi sürətlə gedir və martda Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xətti istismara veriləcək".
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla görüşdə İran İslam Respublikası Yol və Şəhərsalma nazirinin müavini, İran Dəmir Yolunun prezidenti  Səid Məhəmmədzadə məlumat verib.
Contact.az xəbər verir ki, İran Astarasında dəmir yolu stansiyası və yük terminalı inşa edilir.
Azərbaycan Astara dəmir yolu stansiyasından dövlət sərhədinə qədər 8,3 km uzunluğunda dəmir yolu xətti və körpü tikintisini başa çatdırıb. İşlər "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində görülür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun