10 Fevral 2017
Mətni dəyiş
ABŞ-ın Apellyasiya məhkəməsi prezident Donald Trump-ın immiqrasiya haqqında imzaladığı fərmanın icrasına qoyulan qadağanı qanuni hesab edib.
Qərarın səs birliyi ilə alındığı bildirilir.
"Reuters" xəbər verir ki, alt məhkəmə ötən həftə prezident Trump-ın yeddi ölkənin vətəndaşlarına səyahət qadağası qoyduğu fərmanın icrasını müvəqqəti olaraq dayandırmışdı.
Üç hakimdən ibarət panelin idarə etdiyi apellyasiya iddiasında hakimlər, alt məhkəmənin aldığı qərarın etibarlı olub-olmayacağına qərar verəcəkdi ya da yenidən müzakirəsi üçün alt məhkəməyə qaytaracaqdı.
Beləliklə, məhkəmə qərarında dövlət maraqlarının milli təhlükəsizlik maraqları ilə ziddiyyət təşkil edə biləcəyi vurğulanıb. Həmçinin sözügedən fərmana qarşı Washington və Minnesota ştatlarının qərarın müvəqqəti icrasının belə ziyan verə biləcəyinə dair sübutlar təqdim edib.
ABŞ prezidenti Donald Trump qərarın ardından soaial şəbəkədə paylaşdığı yazıda, "Məhkəmədə görüşərik. Xalqımızın təhlükəsizliyi təhlükədə!", - deyə qeyd edib.