"Amnesty International" Azərbaycan hökümətini “Nardaran işi”nə yenidən baxmağa çağırıb

"Amnesty International" Azərbaycan hökümətini “Nardaran işi”nə yenidən baxmağa çağırıb
10 Fevral 2017
Mətni dəyiş
"Amnesty İnternational" beynəlxalq  təşkilatı  Azərbaycan hökümətini Taleh Bağırzadə  və digər 17 nəfərin ədalətli məhkəmə hüququnun pozulmasını və  işgəncə faktlarını araşdırmağa çağırır.
Təşkilatın bəyanatında deyilir ki, işgəncə altında alınan ifadələr sübut  kimi qəbul oluna bilməz və həmin şəxslər  azad  edilməlidir.
Contact.az-ın məlumatına görə, "Amnesty İnternational" hesab edir ki, dindarları  işgəncəyə məruz qoyan  şəxslər məsuliyyətə cəlb olunmalıdır.
Həmçinin təşkilat hesab edir ki, həbs zamanı işgəncəyə məruz qalan Cahad Balakişiyev, Şamil Abdullayev və Bəhruz Əsgərov təcili müalicə olunmalıdır.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qeyd-şərtsiz azad edilməlidir. Çünki o, fikrin ifadə olunması hüququna görə həbs olunub. Təşkilat onu vicdan məhbusu elan edib.
Xatırladaq ki, söhbət “Nardaran işi-1”dən gedir. Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrliyilə “Müsəlman Birliyi”nin lideri Taleh Bağırzadənin və digər 17 müttəhimin barəsində hökm çıxarılıb.
T.Bağırzadə hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun dəyişdirilməsinə hazırlıqda ittiham olunaraq 20 il azadıqdan məhrum edilib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Facebook-da nardaranlıların ədalətli tələblərini dəstəklədiyinə görə 10 il azadlıqdan məhrum edilib. Digərlərinə uzunmüddətli həbs cəzası verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun