"Amnesty International" Alexander Lapshin-in azad edilməsini istəyir

"Amnesty International" Alexander Lapshin-in azad edilməsini istəyir
14 Fevral 2017
Mətni dəyiş
Beynəlxalq "Amnesty İnternational" təşkilatı Azərbaycan hakimiyyətini bu günlərdə sərhədi qanunsuz keçdiyinə və ərazi bütövlüyünə yönəlik çağırışlara görə Belarusdan ekstradisiya edilən bloqqer Alexander Lapshin-i azad etməyə çağırıb.
"Amnesty İnternational"-ın bəyanatında qeyd edilir ki, Lapshin ədalətsiz məhkəmə təhqiqatına məruz qala bilər. Buna görə o, azad edilməli, cinayət təqibinə isə xitam verilməlidir.
"Azadlıq Radiosu" xəbər verir ki, A.Lapshin ötən il dekabrın 15-də Minskdə Azərbaycanın tələbi ilə, hökumət əleyhinə çağırışlar və dövlət sərhədinin qanunsuz keçmək ittihamı ilə saxlanıb. Belarus məhkəməsi onun Azərbaycana verilməsi ilə bağlı qərar çıxarıb.
Həmin qərar fevralın 7-si gecə icra edilib.
A.Lapshin hazırda Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır. O, Ukrayna, Rusiya və İsrail vətəndaşıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun