ADİF: Bağlanmış bankların rəhbər şəxsləri cinayət əməlləri törədib

ADİF: Bağlanmış bankların rəhbər şəxsləri cinayət əməlləri törədib
8 Fevral 2017
Mətni dəyiş
Əmanətlərin Sığortalanması Fondu ləğvedici olaraq lisenziyaları geri alınmış və müvafiq məhkəmə qərarları əsasında müflis elan edilmiş bankların idarəetməsini həyata keçirməyə başladıqdan bir müddət sonra müəyyən işlərdə rəhbər vəzifələrdə işləmiş şəxslərin cinayət əməlləri törətdiklərini aşkar etmişdir.
Ləğvetmə prosesində olan bir sıra banklar lisenziyaları ləğv edilənə qədər fəaliyyət göstərən zaman rəhbər vəzifələrdə işləmiş bəzi şəxslər vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərini aşma, mənimsəmə, dələduzluq ediblər.
“Marja”nın məlumatına görə, həmin şəxslər bankın müştərilərini onlara məxsus əmlaklarını sataraq əldə o lunmuş vəsaiti kredit borcunun bağlanılmasına yönəltməyib və ya satışdan əldə olunmuş vəsaitin çox cüzi hissəsini yönəldib, bununla da həmin müştəriləri pis vəziyyətdə qoyub, banka gəlib kredit almayan şəxslərin adlarına çoxlu sayda saxta imza ilə kredit rəsmiləşdirib, bir çox işdə zamin duraraq banklardan müəyyən miqdarda vəsait çıxarıb və bununla da banklara külli miqdarda zərər vurublar.
Bununla əlaqədar olaraq, müvafiq materiallar toplanıb və ləğv prosesində olan bankların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı  Mübarizə Baş İdarəsinə göndərilib .

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun