16 Fevral 2017
Mətni dəyiş
ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimovun görüşü üçün niyə məhz Bakının seçilməsinin səbəbi məlum olub.
APA-nın “Nyu York Times" qəzetinə istinadən verdiyi məlumata görə, görüş yerinin seçimi asan olmayıb.
Qəzet ABŞ hərbi rəsmilərinə istinadən yazır ki, Rusiya tərəfi C. Danfordun Rusiyanın paytaxtı Moskvaya, yaxud Belarusa gəlməsini təklif edib.
Pentaqon isə görüşün Qərbi Avropada keçirilməsinə üstünlük verib.
Lakin Avropa İttifaqının V. Gerasimov barəsində Avropaya səfəri qadağan edən sanksiyası olduğundan bu mümkün olmayıb. V. Gerasimovun Ukraynadakı hərbi müdaxilənin əsas fiqurlarından olduğu iddia edilir, sanksiya da bu səbəbdən tətbiq olunub.
Nəticədə, son olaraq görüş üçün Bakı neytral məkan kimi seçilib.
Qeyd edək ki, bu, C. Danford və V. Gerasimov arasında ilk görüşdür. Bundan əvvəl onlar bir dəfə telefonla danışıblar.