Gənc fəal Rəhim Vəliyev azadlığa çıxıb [Video]

Gənc fəal Rəhim Vəliyev azadlığa çıxıb  [Video]
15 Fevral 2017
Mətni dəyiş
NİDA Vətəndaş Hərəkatının üzvü Rəhim Vəliyev azadlığa çıxıb.
Abzas.net-in məlumatına görə, yanvar ayının 16-sı məhkəmənin qərarı ilə 30 gün inzibati həbs cəzası alan nidaçı gənc fəal bu gün azadlığa buraxılıb.
Rəhim Vəliyevi qarşılamağa gedən yaxınları deyir ki, polislər onu qapıdan buraxmayıblar. Maşınla aparıb "Azadlıq" metrosunun yanında düşürdüblər.
Rəhim Vəliyev yanvarın 16-sı saxlanılıb. Saxlanıldıqdan sonra polis əməkdaşları evlərinə gələrək ona aid olan notebooku da götürüblər. Elə həmən gün gənc fəalı polis əməkdaşının tələblərinə əməl etməməkdə günahlandırıb Nərmanov Rayon Məhkəməsinin qərarı ilə 30 gün inzibati həbs cəzası verilib.
Yaxınları Rəhim Vəliyevin sosial şəbəkələrdə yazdığı statuslara görə həbs edildiyini bildirirdilər.
[embed]https://youtu.be/gn8WJf4Ty6c[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun