Azərbaycan Dövlət Neft Fonduna AÇG və "Şahdəniz" layihələrindən 125 mlrd. dollar daxil olub

Azərbaycan Dövlət Neft Fonduna AÇG və "Şahdəniz" layihələrindən 125 mlrd. dollar daxil olub
7 Fevral 2017
Mətni dəyiş
Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından 2016-cı ildə ümumilikdə 5,164 mlrd. ABŞ dolları həcmində vəsait daxil olub.
Fonddan Report-a verilən məlumata görə, bu məbləğin 5,1 mlrd. dolları AÇG-dən mənfəət nefti, 64 mln. dolları isə "Şahdəniz" yatağından mənfəət qazının satışından əldə olunub.
Ümumilikdə, 2001-ci ildən 2017-cı il yanvarın 1-dək ARDNF-ə AÇG-dən 122,109 mlrd. dollar, 2007-ci ildən "Şahdəniz" yatağından isə 2,506 mlrd. dollar vəsait daxil olub.
Beləliklə, ümumilikdə iki layihədən Dövlət Neft Fonduna 124,615 mlrd. dollar vəsait daxil olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun