2022-ci ildə futbol üzrə dünya çempionatı qışda keçirilə bilər

2022-ci ildə futbol üzrə dünya çempionatı qışda keçirilə bilər
17 Fevral 2017
Mətni dəyiş
Futbol üzrə dünya çempionatı 2022-ci ildə mövsümün ortalarında keçirilsə, FİFA Avropa klublarına üst-üstə 1 milyard avro təzmint ödəyəcək. 
AS nəşrinin verdiyi məlumata görə, FIFA prezidenti Canni İnfantino bu məqsədlə Qətərə səfər edib.
Ali futbol qurumunun 47 yaşlı isveçrəli rəhbəri Dohada olduğunu müddətdə Qətər dövlətinin rəsmiləri ilə görüşərək, təzminatın məbləğini müzakirə edəcək.
Qeyd edək ki, daha əvvəl Avropa Klubları Assosiasiyası 2022-ci il dünya çempionatının 5 may - 4 iyunda keçirilməsini təklif edib. Lakin Qətər dövləti həmin tarixin Ramazan ayı ilə üst-üstə düşüyünü əsas gətirərək, təklifi qəbul etməyib. Nəticədə mundialın 21 noyabr - 18 dekabr aralığında təşkil olunmasına qərar verilib. Lakin bu müddət 213 klubu özündə birləşdirən ECA-nı razı salmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun