16 Fevral 2017
Mətni dəyiş
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
Lent.az-a bu barədə komissiyanın üzvü Rəşad Məcid məlumat verib. R. Məcid bildirib ki, komissiyaya 800-ə yaxın müraciət daxil olunub. Bu gün həmin müraciətlərdən 150-si ilə tanış olunub: "Onların yarısından çoxuna müsbət rəy verilib".
Rəşad Məcid qeyd edib ki, gələn həftə ərzində komissiyanın iclasları davam edəcək.
Həmsöhbətimizin bildirdiyinə görə, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.