"Cənub Qaz Dəhlizi" layihəsi üzrə (mövcud "Şahdəniz-1" və Cənubi Qafqaz Boru Kəməri layihələri daxil olmaqla) 2020-ci ilə kimi (daxil olmaqla) ümumi tələb olunan təqribən 11,5 mlrd. dollar məbləğində vəsaitdən indiyədək 8,4 mlrd. dollar hissəsi, yəni təqribən 73%-i icra edilib".
Abzas.net xəbər verir ki, bu barədə "Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev məlumat verib.
Onun sözlərinə görə, artıq "Cənub Qaz Dəhlizi" layihəsinə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı (birbaşa kredit vasitəsilə) qismində aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dəstək göstərilib.
Bu ilin əvvəlindən bu günədək 2,3 mlrd. dollar məbləğində investisiya qoyulub. Layihə çərçivəsində "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 98,5%-i, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə ilk qazın ötürülməsinə dair işlərin 99,2%-i yerinə yetirilib, TANAP-ın inşası üzrə işlərin 87,4%-i, TAP-ın inşası üzrə isə işlərin 60,8%-i icra edilib".