Nizami rayonunda qaz kəsiləcək

Nizami rayonunda qaz kəsiləcək
21 Noyabr 2017
Mətni dəyiş

Bakı şəhər Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Abzas.net xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat verib.

Məlumatda bildirilir ki, "Azəristiliktəchizat" ASC-yə məxsus qazanxananı təbii qazla təmin edən diametri 159 millimetrlik orta təzyiqli qaz xətti üzərində quraşdırılmış siyirtmənin yenisi ilə əvəzlənməsi zərurəti ilə əlaqədar bu gün saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun