"Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir"
Abzas.net xəbər verir ki, bunu açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev oktaybrın 1-də İspaniyanın Kataloniya bölgəsində keçirilmiş "müstəqillik referendumu"nu şərh edərkən deyib.
"Biz mövcud vəziyyətin İspaniyanın konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq", - deyə o bildirib.
İspaniyada katalonlar müstəqillik istəyirlər. Onlar Kataloniyada referendum keçirib müstəqillik almaq istəsələr də, İspaniya hökuməti qətiyyətlə buna imkan verməyəcəyini deyir. Referendum tərəfdarların kütləvi şəkildə həbs edir, etiraz mitinqlərində güc tətbiq edir və seçki üçün nəzərdə tutulan materiallar müsadirə edilir.