Futbol üzrə 2018-ci il dünya çempionatının Çexiya yığması ilə seçmə qrup oyunu Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov üçün vida matçı olacaq
Abzas.net xəbər verir ki, bu barədə AFFA-nın saytına Sadıqovun özü açıqlama verib. O, Çexiya ilə matçın Azərbaycan millisi üçün cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib: “Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.
2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib.