Qarabağ döyüşçüsü ölüm aclığına başlayacaq [foto-video]

Qarabağ döyüşçüsü ölüm aclığına başlayacaq [foto-video]
2 Oktyabr 2017
Mətni dəyiş

Müharibə iştirakçısı uzun müddətdir müxtəlif problemlərdən əziyyət çəkir. Ən ciddi problem isə onun səhhəti ilə bağlıdır. Qarabağda döyüşlərdə yaralanan C.Rzaquliyev normal müalicə ala bilmir. Aldığı yaralardan əziyyət çəkən döyüşçü əlillik dərəcəsi də ala bilməyib. Abzas.net xəbər verir ki, Qarabağ döyüşçüsü Cəmşid Rzaquliyev ölüm aclığına başlayacaq.

Qarabağ qazilər birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu C.Rzaquliyevin problemlərindən xəbərləri olduğunu deyib.

“Cəmşidin problemlərindən xəbərimiz var. Mən və birliyimizin sədr müavini Firudin Məmmədov onunla görüşüb. Ona kömək etməyə cəhd eləmişik, amma təəssüflər olsun ki, alınmayıb. Jurnalist həmkarımın vasitəsi ilə onun sağlamlıq problemini Səhiyyə Nazirliyinin rəhbərliyinə də çatdırmışıq. Bunun da nəticəsi olmadı! Onun digər qardaşı da Qarabağ müharibəsində iştirak edib və Qarabağ əlilidir. Ümumiyyətlə, ölkəmizdə Qarabağ əlillərinə, şəhid ailələrinə, veteranlarına münasibət ürək açan deyil. Lazım olan bütün qanunlar var, amma icra edilmir. Döyüşçülər taleyin ümidinə buraxılıb" - deyə Qarabağ qazilər birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu bildirib. Biz də bir müddət öncə Qarabağ döyüşçüsünün problemlərin işıqlandırmışdıq. Təəssüf ki, əlaqədar qurumlar məsələyə adekvat yanaşmamışdılar. Abzas.netin hazırladığı süjeti yenidən sizə təqdim edirik.

[embed]https://www.youtube.com/watch?v=d7u34xXnCes&t=1s[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun