Oktyabrın 1-də Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir.
Abzas.net xəbər verir ki, İspaniya Konstitusiya məhkəməsinin qadağasına baxmayaraq, Kataloniya rəhbərliyi referendumu keçirməyə cəhd edir.
Polis məntəqələri ələ keçirir
İspaniya polisi və mülki qvardiyası seçki məntəqələrini bağlamağa, bülletenləri və seçki qutularını götürməyə çalışır. Kataloniya boyu əksər məntəqələr polisin nəzarətindədir. Məntəqələrin önündə böyük növbələrin yarandığı qeyd olunur.
Bir neçə bölgədə polislə etirazçılar arasında toqquşmalar baş verib. İspaniya Daxili İşlər Nazirliyinin məlumatlna görə 11 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Polis etirazçıları dağıtmaq üçün rezin güllələrdən istifadə edir.
[caption id="attachment_47774" align="aligncenter" width="1620"] Polis məntəqələrə hücum edir[/caption]"İspaniya rəhbərliyi özünü rəzil vəziyyətə saldı"
Kataloniyanın rəhbəri Carles Puigdemont İspaniya rəhbərliyinin bu gün özünü biyabır etdiyini bildirib:
"İspaniya hakimiyyəti bu gün ədalətsiz, lazımsız və məsuliyyətsiz şəkildə zor tətbiq etməklə özünü rəzil vəziyyətə saldı. Onlar bügün heç zaman itirmədiyi qədər itirdi, Kataloniya isə heç zaman qazanmadığı qədər qazandı. Onlar bu rezin güllələrin, insanlara və məntəqələrə hücumların gətirdiyi ləkə ilə yaşayacaqlar".
[caption id="attachment_47782" align="aligncenter" width="944"] Carles Puigdemont[/caption]Polisin etirazçılara qarşı qəddar rəftarına münasibət bildirən Kataloniya xarici işlər naziri Raul Romeva artıq Avropa İttifaqı nümayəndələrinə müraciət etdiklərini və fundamental insan haqları pozuntularını araşdırmağa çağırdıqlarını bəyan edib.
Onlayn səsvermə saytı bağlandı
Hüquq muhafizə orqanlarının bu manelərinə cavab olaraq Kataloniya rəhbərliyi "Wordpress" üzərindən səsvermə üçün sayt yaradıb və xalqı buradan səs verməyə çağırıb. Lakin sayt cəmi 20 dəqiqə fəaliyyət göstərə bilib və bağlanıb.
İspaniya hakimiyyəti öncədən bildirmişdi ki, referendumun keçirilməsinə imkan verilməyəcək və hər bir yolla qarşısı alınacaq.
[caption id="attachment_47778" align="aligncenter" width="1200"] Məntəqə önündə növbə[/caption]"Bu referendum 1966-cı ilin frankist referendumunu xatırladır"
Referendumun gedişatı barədə çevik şəkildə məlumat verən "El Pais"-in rəhbəri bildirib ki, o, özünün fərd olaraq referenduma qarşı olduğunu bildirib və bunun səbəbini açıqlayıb:
"Bu referenduma qarşıyam. Səbəbləri barədə çox qısa danışacam. Yalnız "HƏ" kampaniyası aparılır, "YOX" kampaniyası isə yoxdur. Seçicilərin ümumi siyahısı yoxdur, səsvermə forması yoxdur. Məhz bu səbəblərdən bu referendum 1966-cı ilin frankist referendumunu xatırladır".
[caption id="attachment_47780" align="aligncenter" width="720"] Kataloniya küçəsi: "siz burda səs verə bilərsiniz"[/caption]Polislə toqquşmalarda 337 nəfər xəsarət alıb
Məntəqələri ələ keçirərkən xüsusi amansızlıq göstərməklə diqqətləri üzərinə cəlb edən İspaniya mülki qvardiyasından da nəhayət ki açıqlama gəlib:
"Hər şey nəzarət altındadır, qanunsuz əmələ cəhd edilir, bizim də işimiz istənilən yolla bunun qarşısını almaqdır. Biz öz işimizi görürük".
İspaniya hakimiyyəti öncədən bildirmişdi ki, referendumun keçirilməsinə imkan verilməyəcək və hər bir yolla qarşısı alınacaq.
[caption id="attachment_47783" align="aligncenter" width="700"] Etirazçılar polislərə gül paylayır[/caption]Kataloniya meri Ada Colau polisin və qvardiyaçıların bu hərəkətlərinə münasibət bildirib:
"Zorakılıq hər zaman məğlübiyyətə məhkumdur".
Kataloniya hakimiyyəti bildirir ki, polislə toqquşmalar nəticəsində 337 nəfər xəsarət alıb.
[caption id="attachment_47785" align="aligncenter" width="1200"] Kataloniya meri Ada Colau səs verərkən[/caption]"Kataloniya İspaniyadır"
Eyni zamanda Kataloniya və paytaxt Madriddə İspaniyanın bütövlüyünün tərəfdarlrının da aksiyaları keçirilir. Kataloniyada baş tutan aksiyada polis referendumun tərəfdarları ilə arasında toqquşma olmasın deyə, əleyhadarları dövriyyə alıb. Mitinqin əsas şüarı "Kataloniya İspaniyadır" şüarıdır.
[caption id="attachment_47781" align="aligncenter" width="960"] Madriddə referendum əleyhinə aksiya[/caption]"Barselona" futbolçularından referenduma dəstək
Referenduma Barselonanın hazırki və keçmiş futbolçuları da dəstək olub. Komandanın keçmiş futbolçusu Javi Hernandes referendumla bağlı hakimiyyətə videomüraciət ünvanlayıb. Klubun əfsanəvi kapitanı Carles Pujol öz "Twitter" hesabında "Səsvermə Demokratiyadır" deyə tvit atıb. Hal-hazırda komandanın şərəfini qoruyan Gerard Pique isə məntəqəyə gedərək səsvermədə iştirak edib.
[caption id="attachment_47777" align="aligncenter" width="1200"] "Barselona"-nın müdafiəçisi Gerard Pigue səs verərkən[/caption]"Barselona" - "Las Palmas" oyunu təxirə salınıb
"Barselona" futbol klubu "Las-Palmas"-la baş tutacaq oyunu təxirə salıb. Qərar təhlükəsizlik səbəbilə verilib. Oyuna təxminən 70-90 min arası insanın gələcəyi planlaşdırılırdı.
"Las Palmas" formasına İspaniya bayrağı tikdirib
"Las Palmas" klubu isə öz növbəsində oyuna çıxacağı formanın üstünə İspaniyanın bayrağını əlavə edərək İspaniyanın bütövlüyünə dəstək olub.
[caption id="attachment_47776" align="aligncenter" width="960"] "Las Palmas" klubunun forması[/caption]