Elvin Maqsudov
İnsanlarımız niyə bir birinə inamı itirib görəsən? İnsanların gözündə sevgi yerinə etinasızlıq, inamsızlıq əks olunur.
Söz konusu vəhdət olduğu yerlərdə çox pərakəndə oluruq...
Dahi Nelson Mandelaya insanların heç vaxt nifrətlə doğulmur, bunu onlara sonradan dünyanın ağırlığı, onun başqalarından gördüyü mənfi münasibət və ayrıseçkiliyin öyrətdiyini düşünürdü.
Bu sözlər vətəndaşlarının bir-birinə inanmadığı hər bir ölkəyə, cəmiyyətə aiddir.
Biz, Azərbaycan xalqı da məhz, bir-birimizə inanmalı, sevməli, vətənimizi sevməli, özümüzə, gələcək nəsillərimizə sadəcə sevgi, hörmət aşımalıyıq. Hakimiyyətə belə nifrət etməməli, əksinə onların bizi sevməli, hörmət etməli olduğunu onlara çatdırmalıyıq.
Güya biz nəsə tələb etsək nə dəyişəsidir ki?!
Hakimiyyətin bu qədər azğınlaşmasında bizim də rolumuz az deyil. Toplum olmaqdan qurtulma həvəsimiz yoxdur. Hökm edən xalq olmaq üçün kütlə psixologiyası sərhədlərini aşa bilmək qüdrətinə sahib olmalıyıq. Bir olmalıyıq. Hakimiyyət təmsilçilərinin bu qədər islah olunmaz hala gəlməyi də məhz vətəndaş cəmiyyəti halında birləşə bilməmək səhlənkarlığımızdandır. Etdikləri səhvlərə, özbaşınalıqlara ya göz yummuşuq ya da sadəcə "onsuz da bunlar düzələn-zad deyillər", "güya biz nəsə tələb etsək nə dəyişəsidir ki?!" kimi qeyri-tələbkar fikirlərlə özümüzü "rahat" tutmuşuq. Bunu bizə aşılayan insanlara isə "haranınsa adamı" damğasını vurmuşuq. Və beləcə özümüzü hakimiyyətin tərbiyyəsində, ona nəzarət edə bilmək yolunda, hakimiyyəti isə xalqın maraqları üçün çalışmaqda süstləşdirmişik.
7 oktyabr
Məsələn, axırıncı 23 sentyabr mitinqinə on min adamın çıxmasını əyani bir sübut kimi göstərə bilərik. Deyəcəkisiniz ki, Xalq müxalifətə inanmır, ona görə?! Kiməsə inanıb, inanmamaq şərt deyil, olmamalıdır da, yetər ki, özünə, öz potensialınıza inamınız olsun, o zaman nəticəni görə biləcəyik.
Sivil və yalnız sivil formada dinc aksiyalarda xalq birliyi göstərməyimiz, hökümətə Xalq deyə məfhumun var olduğunu və hökümətin də atdığı hər addımda onunla hesablaşmalı olduğunu onlara başa sala bilsək, hər şeyin bizim (Xalqın) istədiyimiz kimi olacağının şahidi olarıq.
7 oktyabr və əgər Xalqın tələbi olacaqsa ondan sonrakı tarixlərdə baş tutacaq bütün mitinqlərdə xalq birliyini nümayiş etdirməyimiz diləyi ilə, salamat qalın! Yazı müəllifin fikirlərini əks etdirir və saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.