Dünya birjalarında neftin qiyməti qalxıb

Dünya birjalarında neftin qiyməti qalxıb
13 Oktyabr 2017
Mətni dəyiş

Dünya birjalarında neftin qiymətində artım baş verib.

Abzas.net xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,34 dollar və ya 0,67% artaraq 50,94 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,34 dollar və ya 0,60% artaraq 56,59 dollar olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun