Cəbhəçi gənc azadlığa çıxdı [foto]

Cəbhəçi gənc azadlığa çıxdı [foto]
2 Oktyabr 2017
Mətni dəyiş

AXCP Yasamal Rayon Şöbəsnin üzvü Üzeyir Abbasovun 30 sutkalıq inzibati həbs müddəti bu gün başa çatıb

Abzas.net xəbər verir ki, cəbhəçi gənc İnzibati həbs edilənlərin müvəqqəti saxlanma məntəqəsindən sərbəst buraxılıb.

Onu yaxınları və AXCP üzvləri qarşılayıblar.

XATIRLATMA

Uzeyir Abbasov sentyabrın 2-si polislər tərəfindən evindən Səbail Rayon Polis İdarəsinə, daha sonra isə, idarənin 8-ci polis bölməsinə aparılıb. Saxlanıldığı müddətdə onun Facebook profilində yazılan bütün müxalif statuslar silinib. Daha sonra Üzeyir Abbasovun izahatı alınaraq sərbəst buraxılıb. Ardından Abbasov Amerika səfirliyinə üz tutub. Səfirlik nümayəndəsi ilə söhbət zamanı onu Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb Nəsimi Rayon Polis idarəsində aparıblar. Ardından da, Səbail rayon 8-ci polis bölməsinə təhvil verilib. Sentyabrın 5-nə kimi bölmənin saxlanma məntəqəsində saxlanılan Abbasov, 5-i günorta saatlarında Səbail Rayon Məhkəməsinə aparılıb.

Üzeyir Abbasov İnzibati xətalar məcəlləsinin 535.1- ci maddəsinə görə, (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) təqsirli bilinib.

Məhkəmə onu 30 sutka azadlıqdan məhrum edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun