Avropa Şurası Azərbaycanda baş verən LGBT hadisələri ilə bağlı bəyanat verib

Avropa Şurası Azərbaycanda baş verən LGBT hadisələri ilə bağlı bəyanat verib
2 Oktyabr 2017
Mətni dəyiş

Avropa Şurası Azərbaycanda LGBT ətrafında baş verən hadisələrlə bağlı bəyanat verib.

"Azərbaycanda LGBTI mənsublarıyla davranış barədə məlumatlardan narahatıq".

Bu haqda Avropa Şurası baş katibinin sözçüsü Daniel Holtgen-in bəyanatında deyilir.

"Cinsi və digər azlıqlara ayrıseçkilik Avropa İnsan Haqları Konvensiyasına ziddir. LGBTI mənsublarının Konvensiyaya uyğun elə bir hüququ yoxdur; onların hüquqları digərləriylə eynidir. Azərbaycan bu hüquqlara sayqını təmin etməli, onlara qarşı pis davranışla bağlı məlumatlar hərtərəfli araşdırılmalıdır. Biz olayları diqqətlə izləyirik", – açıqlamada vurğulanır.

Son həftələr Azərbaycanda onlarla homoseksualın saxlanması barədə məlumat yayılıb. Bir sıra insan haqları qrupları və fəallar ötən həftə bununla bağlı narahatlıqlarını dilə gətiriblər.

Yerli fəallar polisin evlərdə, metro stansiyalarında, LGBT-lərin toplaşdığı kafe, pab və barlarda reydlər keçirdiyini, azı 50 gey və transseksualın saxlandığını bildiriblər.

Azərbaycanın Daxili İşlər Nazirliyi isə polisin cinsi azlıqları təqib etmədiyini, həbslərin fahişəliyə qarşı kampaniya çərçivəsində aparıldığını qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun