2017-ci ilin ilk 9 ayı ərzində büdəcəyə 5,2 mlrd. manat vergi daxil olub

2017-ci ilin ilk 9 ayı ərzində büdəcəyə 5,2 mlrd. manat vergi daxil olub
7 Oktyabr 2017
Mətni dəyiş

Bu ilin ilk 9 ayında vergi daxilolmaları 6%-dən çox artıb.

Abzas.net xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzi məlumat verib.

2017-ci ilin yanvar-sentyabr ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 5 224 482 900 manat  məbləğində vəsait ödənilərək Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 100,1% əməl olunub.

Bu məbləğin ötən ilin ilk 9 ayı ilə müqayisədə 298 297 900 manat yaxud 6,06% çox olduğu bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun