“Transneft” Azərbaycandan nəqli bərpa edib

“Transneft” Azərbaycandan nəqli bərpa edib
11 Yanvar 2017
Mətni dəyiş
Rusiyanın “Transneft” şirkəti bu gün Moskva vaxtı ilə saat 10:00-da "Şirvanovka" stansiyasından Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycan neftinin qəbulunu bərpa edib.
Bu barədə şirkət sədrinin məsləhətçisi İqor Demin bildirib.
Məlumata görə, təmir işləri nəzərdə tutulan vaxtdan tez başa çatıb.
Qeyd edək ki, İ.Demin ötən gün  "Transneft"in Mahaçqala (Xəzər dənizi, Rusiya) limanında təmirlə əlaqədar olaraq Azərbaycandan neft nəqlinin dayandırdığı barədə məlumat verib.
O qeyd edib ki, Mahaçqala limanında neftin tankerlərdən boşaldılmasını “Daqnefteprodukt” ASC dayandırıb (limanda neft ASC-nin rezervuarlarına qəbul olunur).
“Şirkət “Çernomortransneft” şirkətinə yanvarın 9-da göndərdiyi məktubda ağır neft məhsulları sexində təmir işlərinin aparılması ilə əlaqədar neftin yüklənməsinin 3 gün gecikəcəyini bildirib. Lakin təmirin neftin yüklənməsi ilə bağlılığı izah edilmir. Bununla bağlı olaraq Azərbaycandan ("Şirvanovka" stansiyası) neft nəqli dayandırılıb”, - deyə o bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun