Sadiq Gözəlov və Şərif Əsədullayev təqaüdə göndərildi

Sadiq Gözəlov və Şərif Əsədullayev təqaüdə göndərildi
25 Yanvar 2017
Mətni dəyiş
Daxili İşlər Nazirliyinin iki yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib. 
APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.
Bununla bağlı DİN-də tədbir keçirilib. R. Usubov hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib.
DİN-in mətbuat xidmətindən APA-ya S. Gözəlov və Ş. Əsədullayevin təqaüdə göndərildiyini təsdiqləyiblər.
Xatırladaq ki, S. Gözəlov 1995-ci ildən DİN-in mətbuat xidmətinə rəhbərlik edib.
Qeyd edək ki, "Haqqın.az" saytı S. Gözəlov, Ş. Əsədullayev və Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinovun işdən çıxarılması barədə məlumat yayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun