7 Yanvar 2017
Mətni dəyiş
ABŞ səfiri Robert Sekutanın Azərbaycanda fəaliyyətini davam etdirəcəyi gözlənilir.
Amerika Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən deyiblər ki, Birləşmiş Ştatların prezidentini təmsil edən səfirlər ABŞ Prezidentinin təyınatı əsasında çalışırlar:
"ABŞ-ın xarici xidmətlər sahəsində üzun müddət yüksək səviyyədə çalışmış səfir Robert Sekutanın Azərbaycanda öz fəaliyyətini davam etdirəcəyi gözlənilir".
Qeyd edək ki, bundan əvvəl bir sıra KİV-lərdə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Barak Obama vaxtında təyin olunmuş səfirləri geri çağıracağı iddia olunurdu.