8 Yanvar 2017
Mətni dəyiş
Yeni il gecəsi İstanbulda Reina klubunda qətliam törədən terroristin kimliyi məlum olub.
İstanbul Baş Polis İdarəsi gecə klubunda 39 nəfəri öldürən şəxsin Özbəkistan vətəndaşı Abdulgadir Masharipov olduğunu bildirib.
Məlumata görə, polisin İŞİD-in Konyadakı qərərgahını çökərtməsindən sonra dekabrın 15-i Konyadan İstanbula gələn terrorist yanında silah və partlayıcı qurğuları da özü ilə gətirib. Reina-dakı terror hadisəsindən sonra da həmin qərargahın üzvləri tərəfindən Masharipova logistik dəstək verildiyi məlum olub.