"Qarabağ"da yeni futbolçu - [Foto]

"Qarabağ"da yeni futbolçu - [Foto]
10 Yanvar 2017
Mətni dəyiş
Antalyada qış təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın  heyətinə yeni futbolçu qoşulub.
Abzas.net xəbər verir ki, Rusiyanın "Amkar" (Perm) klubunun  yetirməsi olan Rinat Hüseynov baxışa dəvət edilib.
Yoxlama oyunlarında sınanıldıqdan sonra məşqçilər heyətinin rəyinə əsasən futbolçu haqda son qərar veriləcək. 20 yaşlı futbolçu mərkəz müdafiəçisidir. 189 sm boya malikdir. Hüseynov bu mövsüm "Amkar"ın gənclər komandasında 16 oyuna çıxıb və 2 qol vurub.
Qeyd edək ki, Rinat Hüseynov 21 yaşlılardan ibarət milli komandamızın da üzvüdür.
[caption id="attachment_20712" align="alignnone" width="720"] Rinat Hüseynov[/caption]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun